Son zamanlar yayılan xəstəlik COVID-in yeni ştammıdır? - AÇIQLAMA

Son zamanlar yayılan xəstəlik COVID-in yeni ştammıdır? - AÇIQLAMA
Sosial 3

Son zamanlar boğaz, oynaq ağrısı, burun tutulması kimi simptomlarla müşahidə edilən xəstəliklərdə artım olduğu bildirilir.

Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq qeyd edilib ki, hər il olduğu kimi, bu il də payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir:

“Son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması olması hər zamankı kimi gözləniləndir”.

“Payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tədbiqi həyata keçirilib və keçirilməkdə davam edir”, - deyə cavabda qeyd edilib.

Son xəbərlər