Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 917 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 3-ü saat 18:00-a qədər sərhədi 204 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 278, Rusiyanın 127, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri, və Slovakiya və Belarusun hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, İsveçrə 4, Qətər və Banqladeş, Özbəkistan, İran, Meksikanın hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Türkiyə və Yəmənin hərəsinin 2, Böyük Britaniya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub
***17:27
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 725 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 3-ü saat 14:00-a qədər sərhədi 165 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 224, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 71, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətər və Banqladeşin hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Özbəkistan, Türkiyə və İranın hərəsinin 2, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
***17:14
İrandan Azərbaycana martın 3-də saat 15:00-dan 17:00-dək daha 66 nəfər təxliyə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu saatlarda təxliyə edilənlərin 19-u Azərbaycan, 32-si Oman, 4-ü İsveçrə, 3-ü Meksika, 3-ü Çin, 2-si isə Pakistan vətəndaşıdır.
Qeyd edək ki, bununla martın 3-də saat 13:00-dan 17:00-dək İrandan Azərbaycana təxliyə olunanların ümumi sayı 182 nəfər təşkil edib.
***15:41
İrandan Azərbaycana martın 3-də saat 13:00-dan 15:00-dək daha 116 nəfər təxliyə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təxliyə edilənlərin 16-sı Azərbaycan, 42-si Çin, 41-i Tacikistan, 7-si Oman, 4-ü Pakistan, 3-ü İran, 3-ü isə Qırğızıstan vətəndaşıdır.
Qalereya
Oxşar xəbərlər
Pensiya alanlara ŞAD XƏBƏR - Bayrama görə...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramla əlaqədar Bakı, Sumqayıt şəhərləri və A...