Son bir ayda Cəlilabadda 1 962 uşağa qızılcaya qarşı peyvənd vurulub

09
yan
2024
19:19
Cəlilabad rayonunda qızılcaya qarşı peyvənd işləri davam edir.
"Report"un Muğan bürosunun məlumatına görə, ötən ilin dekabrın 1-dən 1 962 uşağa qızılca peyvəndi (QPM) vurulub.
Qeyd edək ki, Cəlilabadda noyabr ayından etibarən 273 nəfər (18 yaşdan kiçiklər - 194 nəfər, 18 yaşdan böyüklər - 79 nəfər) şəxs bu virusa yoluxub.
Hazırda aktiv xəstə sayı 41 nəfərdir. Ötən gün daha 4 nəfər bu xəstəliyə yoluxub.
Oxşar xəbərlər
SN: Qızılca idarə olunan infeksiyalar qrupuna daxildir
Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir. İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günü...