Son 6 ayda bu şəxslərə 106 milyon 572 min manat ödətdirilib - Baş prokurorluq açıqladı

2022-ci ilin I yarımilində cinayət işləri üzrə 106 milyon 572 min manatın ödətdirilməsi təmin edilib.
Baş prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 137 milyon 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 77,6 faizinin, yəni 106 milyon 572 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 1 milyon 618 min manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur.

Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...