Son 4 gündə toylara görə daha 68 nəfər cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 6-9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 341 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, monitorinq 283 şadlıq sarayında, 58 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 174 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxşar xəbərlər
Bir gündə 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
Avqustun 20-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şə...