SOCAR tərəfindən AFFA-ya 2024-cü il üçün ayrılan vəsaitin məbləği bəlli olub
2003-cü ildən AFFA-nın baş sponsoru olan SOCAR tərəfindən milli assosiasiyaya 2024-cü il üçün ayrılan vəsaitin məbləği bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
AFFA-nın, milli komandaların, AFFA-nın balansında olan stadionların saxlanılması, AFFA-nın tərkibində olan federasiyalar və üzvlərin maliyyələşməsi, uşaq və gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət olan müxtəlif yaş qrupları üzrə liqaların təşkili, kütləvi futbolun inkişafı, turnirlərin, beynəlxalq və digər layihələrin həyata keçirilməsi ilə əlaqədar 2024-cü ildə SOCAR tərəfindən AFFA-ya 13 milyon manat maliyyə vəsaiti ayrılıb.
Oxşar xəbərlər
Məcnun Məmmədov: "Cəbrayılda ilk istixana sənaye zonası qurulur"
Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayıl rayonunda qurulur. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Mə...