SOCAR Somalidə axtarış-kəşfiyyat və treydinq istiqamətlərini araşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində mümkün əməkdaşlığı araşdırır.
BAKU.WS xəbər verir ki, şirkətə istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə aparılan görüşündə aparılıb.
Görüşdə cari il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Ötən gün 9 tondan çox çətənə kolu məhv edilib
Azərbaycanda iyulun 25-də yabanı halda bitmiş 9,3 tona yaxın çəkidə 28165 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. BAKU.WS xəbər verir ki, bu barədə Dax...