“SOCAR Könüllüləri” neft-kimya sənayesi, polietilen zavodu barədə məlumatlandırılıb - FOTO
“SOCAR Polymer” şirkətinin yüksək sıxlıqlı polietilen zavodunun açılışının 5-ci ildönümü münasibətilə tur təşkil olunub.
SOCAR-dan bildirilib ki, tur çərçivəsində könüllülərə ilk öncə ölkəmizin neft-kimya sənayesi, “SOCAR Polymer” şirkəti, o cümlədən yüksək sıxlıqlı polietilen zavodunun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra könüllülər zavodun idarəetmə otağı, laboratoriya, qablaşdırma və anbar bölmələri ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2019-cu il fevralın 18-də açılışı olan zavod ötən illər ərzində səmərəli fəaliyyət göstərərək ölkəmizin qeyri-neft sektorunun və neft-kimya sənayesinin inkişafına, ixrac potensialının artırılmasına dəyərli töhfələr verir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...