"Səni deyirlər" mahnısının sözləri Şəhriyar Del Geraninin imiş (FOTOFAKT)

Səni deyirlər mahnısının sözləri Şəhriyar Del Geraninin imiş (FOTOFAKT)
Sosial 2862
Son günlərdə Güney Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən "Səni deyirlər" rəqs havası böyük marağa səbəb olub. Qaynarinfo-nun verdiyi xəbərə görə, sosial şəbəkələrdə #senideyirler həştəqi ilə artıq yüzlərlə video paylaşılıb. İnsanlar adıkeçən mahnıya rəqs edərək həmrəyliyini bildirir və videolarını paylaşırlar. Mövzu artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib.Sevindirici haldır ki, Azərbaycan respublikasından da bu aksiyaya qoşulanların sayı durmadan artır. Aksiyanın pozitivliyi getdikcə daha çox insanı öz ağuşuna alır.Son günlər sosial şəbəkələrdə güneyli ifaçının adı Alireza Şərifzadə kimi qeyd olunsa da, əslində yayılan videodakı ifaçı İbrahim Makılı kimi bilinən- İbrahim Əlizadədir (videosunu aşağıda təqdim edirik).Mahnı ilə bağlı əsas maraqlı məqamlardan biri isə bu mahnı mətninin orijinal versiyası ilə bağlıdır. Belə ki, sonradan mahnıya çevrilən orijinal mətnin müəllifi Azərbaycanın tanınmış şairi Şəhriyar del Geranidir.Bu haqda Qaynarinfo-ya danışan müəllif bildirib ki, bu şeiri bir neçə il əvvəl İranda həbsdə olarkən yazıb.Qeyd edək ki, Şəhriyar del Gerani və şair həmkarı Fərid Hüseyn 2012-ci il aprelin 29-da Tehranda keçirilən şer festivalına dəvət edilib. Şairlər festivaldan qayıdarkən mayın 2-də Təbrizdə naməlum mülki geyimli şəxslər tərəfindən həbs edilmişdilər. Olay iki dövlət arasında gərginliyə səbəb olmuşdu. Şairlər həmin ilin sentyabr ayının ilk günlərində azad edilmişdilər."2012-ci ilin avqust ayı idi. Biz o vaxt Təbriz həbsxanasında idik. Güney Azərbaycanda Urmiya gölü ilə bağlı etiraz aksiyaları keçirilirdi. Bu şeiri də o vaxt yazdım. O zaman bizi həbsdən buraxanda şeirlərimi köçürdüyüm dəftərləri müsadirə etdilər. Amma həmin şeirin qaralaması hələ də arxivimdədir. Urmiya aksiyalarına görə həbs olunan fəallar da bizim həbsxanada çox idi. Onlar yazdığımız şeirlərin üzün köçürür, əzbərləyirdilər. Görünür bu şeir də bu şəkildə əldən-ələ, dildən-dilə keçib və indiki yerə gəlib çıxıb. İndi həmin vaxtdan 6 il uzaqlıqda xatirimdə çox az kimsə, çox az olay qalmış. Çox yəqin İbrahim Əlizadə qardaşımız da həmin vaxtlarda aksiyalarda həbs olunanlardan olub. Bu və başqa bir neçə şeirimi dustaqlar köçürüb saxlayırdılar. Çox yəqin onlardan biri də İbrahim olub" deyə Şəhriyar del Gerani bildirir.Müəllif arxivindən həmin şeirin əlyazmasını da bizə təqdim etdi. Urmiya dəryası nə üzməlidir,Ay quş olub üstündə süzməlidir,Urmiya qızları nə sevməlidir,Sevməli deyirəm - səni deyirlərÖlməli deyirəm - səni deyirlər...Qapına gəlləm,Qarşında qul ollam,Özümdən sənə yolamYolçu deyirlər.Sevməli deyirəm - səni deyirlərÖlməli deyirəm - səni deyirlər.Yolam - saçımı yolam,Qulam - saçımı yolam,Mən dəli olannanSəni deyirlər...Şəhriyar Del Geraniavqust, Təbriz 2012BAKU.WS

Son xəbərlər