"Qalmışam sayğacsız çöllərdə" - "Azərişıq" vətəndaşı niyə işıqsız qoydu?

Qalmışam sayğacsız çöllərdə - Azərişıq vətəndaşı niyə işıqsız qoydu?
Video
Sosial 32

Xəzər rayonunun Qala qəsəbəsində yaşayan Fuad Hüseynov iddia edir ki, yeni aldığı evinə quraşdırdığı elektrik sayğacı bir müddət sonra yoxa çıxıb.

F.Hüseynovun sözlərinə görə, sayğacı qanuni şəkildə "ASAN Kommunal" xidməti vasitəsilə quraşdırıb, lakin "Azərişıq" ASC əməkdaşları onu götürüb aparıblar.

Vətəndaş məsələni Baku TV-yə belə izah edir: "Evi aldığım zaman sənədli, çıxarışlı idi, amma sayğac yox idi. Sayğacları qanuni şəkildə quraşdırdım. Lakin iki ay sonra gəlib gördüm ki, "Azərişıq" götürüb aparıb. Səbəb olaraq dedilər ki, bu ünvanda kiməsə borc yazılıb. Ancaq burada əvvəllər yaşayış olmayıb".

O bildirir ki, borcun məbləği 5 200 AZN-dən yuxarıdır və buna görə sayğacını götürüblər. Vətəndaş bununla kifayətlənməyərək məsələni hüquqi müstəviyə daşıyıb.

"Mən onların baş idarələrinə şikayət yazdım. Cavab məktubunda bildirildi ki, borcu ödəməliyəm. Məhkəmə qərar çıxardı ki, ev sayğacla təmin olunmalı, mənimlə yeni müqavilə imzalanmalı və təzə abonent kodu verilməlidir. Aylardır qaranlıqda qalmışam, o gün gəlib qapımı da sındırıblar. Qalmışam sayğacsız çöllərdə", - deyə o əlavə edib.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, həmin evin əvvəlki sahibinin külli miqdarda borcu olub. Bu səbəbdən məsələ hüquqi müstəvidə tam aydınlaşdırılana qədər kod dondurulub. Problem öz həllini tapandan sonra isə sayğac yenidən bərpa edilib.

Oxşar xəbərlər

Son xəbərlər