Snayperlər şərti düşmən hədəflərini məhv ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər: "Snayperlər şərti düşmən hədəflərinin aşkar edilməsi və düzgün nişanalma qaydalarına əməl olunmaqla məhvi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər. Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...