Smartfonunuzdakı bu tətbiqi silin: Mütəxəssislər 5 kateqoriyanı açıqladı
Smartfonlarda əvvəlcədən quraşdırılan bir çox tətbiq ya faydasızdır, ya da digər proqramların funksiyalarını təkrarlayır. Mütəxəssislər cihazın işinə zərər vermədən silinə biləcək beş tətbiq kateqoriyasını açıqlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.
Bildirilib ki, smartfon istehsalçıları kommersiya məqsədilə tərəfdaş şirkətlərə məxsus proqramları cihazlara əvvəlcədən quraşdırırlar. Ekspertlərin fikrincə, bu tətbiqlərin əksəriyyətini təhlükəsiz şəkildə silmək mümkündür.
Silinməsi tövsiyə olunan tətbiqlər arasında ilk sırada mobil operatorun SIM-kart quraşdırıldıqdan sonra avtomatik yüklədiyi proqramlar yer alır.
İkinci kateqoriyaya istehsalçılar tərəfindən zavodda quraşdırılan tətbiqlər daxildir. Məsələn, Samsung cihazlarında Things və Wearable, Motorola telefonlarında Notifications, Google smartfonlarında isə YouTube Music və Google TV kimi proqramlar olur. Bildirilir ki, bu tətbiqlərdən bəziləri reklam bildirişləri göndərmək üçün istifadə olunur.
Mütəxəssislər, həmçinin əməliyyat sistemində artıq mövcud olan funksiyaları təkrarlayan tətbiqlərin də silinə biləcəyini qeyd ediblər. Buna misal olaraq "Samsung Calendar" və "OnePlus My Files" göstərilir.
Bundan əlavə, bəzi smartfonlarda istehsalçıların tərəfdaş şirkətlərdən ödəniş müqabilində quraşdırdığı əlavə proqramlar da olur.
Ekspertlər sonda bildiriblər ki, əksər hallarda smartfonlara ayrıca antivirus proqramı quraşdırmağa ehtiyac yoxdur. Onların sözlərinə görə, bu cür tətbiqlər bəzən əməliyyat sisteminin daxili təhlükəsizlik mexanizmlərinin fəaliyyətinə mane ola bilir.
Oxşar xəbərlər
Yeni Günəşlidə su borusundakı qəza aradan qaldırıldı - AÇIQLAMA
Yeni Günəşli ərazisində partlayan su borusu ilə bağlı yaranan problem aradan qaldırılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADS...