İslamiada zamanı bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarının açılış və bağlanma mərasimləri zamanı taksilərin Bakı Olimpiya Stadionuna yaxınlaşmasına, eləcə də stadionun ətrafında tamaşaçıların şəxsi nəqliyyat vasitələrini park etməsinə icazə verilməyəcək.
"Report” xəbər verir ki, bu barədə beynəlxalq yarışla bağlı Bakı Nəqliyyat Agentliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin birgə keçidiyi mətbuat konfrasında məlumat verilib.
"Tamaşaçılar yalnız ictimai nəqliyyatdan istifadə etməlidirlər. Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olması nəzərə alaraq, ictimai nəqliyyatın hərəkətində də dəyişiklik ediləcək. 1 və 13 nörməli marşrutlar saat 17:00-da fəaliyyətini dayandıracaq”, - deyə tədbirdə qeyd edilib.
Bundan başqa, paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Oyunlar zaman Heydər Əliyev prospektinin "Excelsior” qarşısındakı yol qovşağından Sabunçu dairəsinə qədər olan hissəsi və Neftçilər prospektinin Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra bağlı olacaq.
BAKU.WS
Oxşar xəbərlər
İslamiadanın açılış və bağlanışına gedəcək şəxslərin DİQQƏTİNƏ
IV İslam Həmrəyliyi Oyunlarının Açılış və Bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa mi...