"Sizdən telefon istəyirəm" - Onlayn dərslərə qatıla bilməyən məktəbli qızın DRAMI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda telefonu olmadığı üçün onlayn dərslərə qatıla bilməyən məktəbli qız dərdini efirdə səsləndirib.
BAKU.WS xəbər verir ki, kömək üçün Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramından kömək istəyib.
Ailə Binəqədi rayonu Sulutəpə qəsəbəsində karton evdə çox acınacaqlı şəraitdə yaşayır. Məktəbli qızın anası 9 il əvvəl vəfat edib. Ata isə xəstədir, işləyə bilmədiyini deyir:
"Allahın çörəyini tapıb yeyə bilmirik. Xəstəyəm, işləyə bilmirəm. Bu gün çörəyə möhtacıq".
Məktəbli qız isə nə yemək istəyir, nə də içmək. Yalnız oxumaq, təhsildən geri qalmaq istəmədiyini deyir:
"Telefonum yoxdur, onlayn dərslərə qatıla bilmirəm. Dərslərdən geri qalıram. Televizorumuz belə yoxdur. Səhərdən axşamadək həyətdə vaxt öldürürəm. Xoşqədəm xanım, onlayn dərslərə qatıla bilmirəm, sizdən telefon istəyirəm".
Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş qıza telefon hədiyyə edib, aparıcı özü isə televizorunu alıb. Xoşqədəm xanım eləcə də ailənin digər ehtiyaclarını ödəcəyini deyib.
Oxşar xəbərlər
Çoxlarını düşündürən sual: Doğuş Xoşqədəmi niyə alıb? - VİDEO
Türkiyənin məşhur sənətçisi Doğuşla Azərbaycanın məşhur aparıcısı Xoşqədəm Hidayətqızının toyundan 6 il keçsə də, onların evliliyinə şübhə ilə yanaşanlar da var...