Siyəzəndə evlərini tərk edən COVID-19 xəstələri saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən rayonunda yaşadıqları ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb.
BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Siyəzən rayon sakinləri Sədir Hüseynova və Gündüz Yəhyəyevə COVID 19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib. Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar. Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.
Faktlarla əlaqədar S. Hüseynov və G. Yəhyəyev barəsində Siyəzən RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Baş infeksionistdən əhaliyə koronavirusla bağlı XƏBƏRDARLIQ
Ölkədə COVİD-19 virusuna yoluxan şəxslərin sayında əvvəlki aylarla müqayisədə kəskin artım müşahidə olunduğu dövrdə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyya...