Siyəzəndə 52 yaşlı kişi xəstəxanaya hücum etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən Rayon Mərkəzi Xəstəxanasına hücum olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də baş verib . Rayon sakini, 1973-cü il təvəllüdlü Əlhadi Məhəmməd oğlu Səmədov əsəbi halda əraziyə gələrək, xəstəxananın qapısını təpiklə qırıb, binaya daxil olub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və şəxs barədə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Siyəzən Rayon Məhkəməsində inzibati xəta törədən şəxslə Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru arasında barışıq elan olunub və hadisəni törədən şəxs xəstəxanaya dəymiş 100 manat ziyanı ödəyib. Məhkəmənin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...