Siyavuş Kərimi: "Azərpaşa Nemətov teatrın generalı idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərpaşa yaxın dostum idi. 20 il idir bir yerdə işləyirdik. Hər tamaşanı hazırlayanda mənə zəng edib deyirdi ki, gəl, musiqi sənlikdir. Azərpaşa ilə çox tamaşalarda işbirliyimiz oldu. Onu teatrın generalı hesab edirəm".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib. Hazırda mərhumun vida mərasimində iştirak edən Kərimi son vaxtlar Xalq artistinin səhhətində problemlər olduğunu bildirib.
Xatırladaq ki, Xalq artisti Azərpaşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, ötən gün 75 yaşında dünyasını dəyişib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövl...