Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan edilsə də, bəzi insanlar hələ də qadağanın nəzərdə tutulduğu məkanları tam olaraq bilmirlər.
Paytaxtda aparılan sorğu zamanı bəlli olub ki, qanundan xəbəri olanlar da var, olmayanlar da.
Belə ki, şəhərin bir çox ərazilərində siqaret kötüklərinin atılması üçün tullantı qabları quraşdırılıb.
Lakin bəzi insanlar heç siqareti söndürmədən bu qablara atırlar ki, bu da yanğın baxımından ciddi təhlükə yaradır.
Qanunla təhsil və tərbiyə, tibb müəssisələrində, habelə onların ərazilərində, idman oyunlarının keçirildiyi binalar və ərazilərdə, kafe və restoranlar daxil olmaqla ictimai iaşə, ticarət və məişət obyektlərində siqaret çəkmək qadağandır. Bu ərazilərdə siqaret çəkməyə görə 30 manat cərimə nəzərdə tutulur.
İnzibati xətalar məcəlləsində qeyd olunur ki, küçədə siqaret kötüyünü yerə atmağa görə 300 manat cərimə nəzərdə tutulur.
Daha ətraflı Azad Azərbaycan (ATV) videomaterialında:
Oxşar xəbərlər
Nazir: "Qızılın bahalaşması ARDNF-ə böyük qazanc gətirib"
Əmtəə birjasında qızılın bahalaşması Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) böyük qazanc gətirib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Maliyyə naziri...