"Sınıq Körpü"də dezinfeksiya tədbirləri - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qırmızı körpü" sərhəd buraxılış məntəqəsinin bir addımlığında yerləşən "Sınıq Körpü" avtovağzalında dezinfeksiya tədbirləri aparılır.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, avtovağzalın gözləmə zalı, kassa satış mərkəzi, əl tutulan məhəccərlər dezinfeksiya edilib.
Eyni zamanda gün ərzində paytaxt istiqamətinə yola düşən 20 iri tutumlu avtobusun salonu, yük bölməsi və xarici üz hissəsi də xloromil məhlulunun vasitəsilə dezinfeksiya olunub.
Profilaktik tədbirlər həmçinin yaxınlıqda yerləşən iaşə obyektlərində də aparılıb.
"Sınıq Köprü" avtovağzalı gün ərzində ən sıx olan avtovağzallardan biridir.
Buradan Gürcüstan, Türkiyə və digər ölkələrə yük və sərnişin daşınır.
Qalereya
Oxşar xəbərlər
Gəncə Beynəlxalq Avtovağzalında dezinfeksiya tədbirləri aparılır - FOTO
Koronavirus ilə mübarizə tədbirləri çərçivəsində Gəncə Beynəlxalq Avtovağzalında dezinfeksiya tədbirlərinə başlanılıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlum...