Gəncə Beynəlxalq Avtovağzalında dezinfeksiya tədbirləri aparılır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus ilə mübarizə tədbirləri çərçivəsində Gəncə Beynəlxalq Avtovağzalında dezinfeksiya tədbirlərinə başlanılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, aparılan profilaktik tədbirlər çərçivəsində sərnişin daşıma ilə məşğul olan avtobuslar, avtovağzalın həyəti, gözləmə zalı və s. yerlər dezinfeksiya edilib.
Ümumiyyətlə, virusla bağlı mübarizə tədbirləri çərçivəsində avtovağzal gün ərzində iki dəfə olmaqla dezinfeksiya ediləcək.
Məlumat üçün bildirək ki, Gəncə Beynəlxalq Avtovağzalında gün ərzində paytaxt Bakı başda olmaqla ölkənin bölgələrinə 100-dən artıq reys təşkil olunur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO
Çinin Uhan vilayətində aşkarlanan və qısa zamanda bir sıra ölkələrə yayılan koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır. Bu çərçiv...