Şimal-qərb bölgəsinə qar yağıb, bəzi ərazilərdə qalınlıq 15 sm-ə çatıb
Ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib və bir sıra rayonlara qar yağıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarından etibarən bölgədə hava temperaturu bəzi ərazilərdə +1 dərəcəyə, bəzi yerlərdə isə -1 və daha aşağı həddə enib. Axşam saatlarında yağan yağış gecə saatlarından qara çevrilib.
Hazırda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında qar yağışı davam edir. Düzənlik ərazilərdə qar örtüyünün qalınlığı 3 sm, dağətəyi ərazilərdə isə 15 sm-dən artıqdır.
Rayonlardan daxil olan məlumata əsasən, yağıntı sosial problemlərə səbəb olmayıb. Yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilməsində fasilə qeydə alınmayıb.
Oxşar xəbərlər
Valideynləri gözləyən xərclər və forma QİYMƏTLƏRİ
Yeni dərs ilinin başlamasına sayılı günlər qaldıqca məktəb hazırlıqları da sürətlənir. Valideynlərin alış-veriş siyahısında dəftər, qələm, çanta və digər ləvazi...