SIM-kartların satışında – YENİ QAYDALAR

SIM-kartların satışında – YENİ QAYDALAR
Sosial 2524

Azərbaycanda SIM-kart satışlarının yeni qaydalarının tətbiq olunması vətəndaşların onlayn rejimdə eyniləşdirilməsini təmin edib.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Hökumətin qərarına əsasən, bu ilin fevralın 1-dən SIM-kartların satışı və onların qeydiyyata alınması bütün operatorlar üçün vahid qaydada və mərkəzləşdirilmiş sistemdə həyata keçirilir.

Bundan sonra SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm mobil operatorların, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil edilir.

Bu, satışları sistemləşdirməyə və bu sahədəki mövcud çatışmazlıqları aradan qaldırmağa imkan verir. Çatışmazlıqlar operatorların abunəçi bazasının fərdi eyniləşdirmə nömrələrinə uyğun olaraq unifikasiyası yolu ilə aradan qaldırılıb.

Bundan başqa, mobil operatorların abunəçiləri üçün müxtəlif dövlət strukturlarından bildirişlər alınması kimi xidmətlərin işə salınması nəzərdə tutulur.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda mobil nömrə satışı dayandırıldı

Azərbaycanda mobil nömrə satışı dayandırıldı

Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Bakı və rayonlarda mobil operatorla...

4775 Sosial 15:05 02 fevral 2017

Son xəbərlər