Sığınacaqda yerləşdirilən uşağın qohumları hədə-qorxu gəlir
![Sığınacaqda yerləşdirilən uşağın qohumları hədə-qorxu gəlir](https://baku.ws/storage/photos/uploads/thumbs/large/EYU2qE6NuQamY7zZZpiXSvSa4YlvmUzqUcspDJsr.webp)
Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yerləşdirilən bir uşağın qohumları sığınacaq rəhbərliyinə hədə-qorxu gəlir, intiharla təhdid edirlər.
BAKU.WS xəbər verir ki, bu barədə Birliyin sədri Kəmalə Ağazadə özünün "Facebook" səhifəsində paylaşım edib.
O bildirib ki, təxminən bir il əvvəl ana iki yaşlı övladını dayənin yanında qoyaraq gedib və 28 gün ərzində onunla əlaqə saxlamayıb.
"Dayə anadan xəbər çıxmadığını görəndə qaynar xəttimizə müraciət edib. Daha sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib. Ananı dəfələrlə sığınacağa dəvət etsək də, gəlmədi. Lakin bundan sonra naməlum şəxslər müxtəlif nömrələrdən zəng edərək özlərini uşağın dayısı, əmisi və ya digər qohumları kimi təqdim ediblər. Onlar təhdidedici ifadələr işlədərək, uşağın təhvil verilməsini tələb edirlər. Bizə hədə-qorxu gəlir, öldürəcəklərini deyirlər", – deyə K.Ağazadə qeyd edib.
Sədrin sözlərinə görə, ona mesaj yazaraq bildiriblər ki, uşağı onlara təhvil verməsələr, ana intihar edəcək və bunda sığınacaq rəhbərliyini günahlandıracaq.
Oxşar xəbərlər
Xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı şikayət: Dərmanlar verilmir?
Övladları kistoz-fibroz xəstəliyindən əziyyət çəkən valideynlər TƏBİB-dən şikayətçidirlər. Onlar deyirlər ki, uşaqlara hər ay dövlət tərəfindən pulsuz təqdim ol...
![](/images/banners/placeholder_home_right_az.jpg)