Şuşaya yeni sürət yolu çəkilir
Yeniliklərdən dərhal xəbərdar olun
Zəfər yolundan əlavə olaraq Şuşa şəhərinə əlavə yol çəkilir.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu REAL tv-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, bu yol Zəfər yolundan fərqli olaraq enişli-yoxuşlu deyil, tunel və körpülərlə inşa ediləcək.
"4 zolaqlı yol təhlükəsiz və sürətli olacaq. Yeni yolun Daşaltıdan Şuşaya keçən hissəsində tunel inşa ediləcək ki, həmin tunel vasitəsilə İsa bulağına təhlükəsiz keçid olsun. Bu tunel Laçın dəhlizinin altından keçməklə İsa bulağı istiqamətində olacaq. Tunel həmçinin Şuşa şəhərinə də gedişi təmin edəcək", - deyə sədr müavini qeyd edib.
Oxşar xəbərlər
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır - FOTO
Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət...