Şuşadan çörək alıb Bakıya aparan Kamil dayının təəssüratları – VİDEO

Şuşadan çörək alıb Bakıya aparan Kamil dayının təəssüratları – VİDEO
Video
Sosial 169

Xəbər verdiyimiz kimi, bu gün sıravi vətəndaşların Şuşaya ilk səfəri baş tutub.

Səfərdə iştirak edən keçmiş Şuşa sakini Kamil bəy Bakıya gətirmək üçün Şuşadan çörək alıb.

O bildirib ki, Şuşa çörəyindən elə Şuşanın qoxusunu alır.

“Təssüratım çox yaxşıdır. Mənə çox xoş təsir bağışladı bu səfər. Gedib evimi də gördüm. Bizə bu şəraiti yaradan hər kəsə təşəkkür edirəm. Elə Şuşa çörəyi də almışam, aparıram evimizə” – deyə, o bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər