Şuşada fəaliyyət göstərən çörək istehsalı müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçib
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilmiş Şuşa şəhərində bu günlərdə fəaliyyətə başlayan çörək istehsalı müəssisəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınıb.
BAKU.WS xəbər verir ki, AQTA-ya «Azhun Holding» MMC tərəfindən Şuşa şəhəri, General Quliyev küçəsi, ev 7 ünvanında yerləşən çörək istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün müraciət daxil olub.
Çörək istehsalı müəssisəsi qanunvericiliyə uyğun olaraq 58-Q-00002 qeydiyyat nömrəsi ilə qida təhlükəsizliyi qeydiyyatına alınıb və “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”nə daxil edilib. Agentlik tərəfindən sözügedən müəssisə lazımi metodiki-texniki dəstək ilə təmin edilib.
İşğaldan azad olunmuş ərazilərdə qida zəncirinin bütün mərhələlərinə uyğun yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması istiqamətində sahibkarlara Agentlik tərəfindən lazımi metodiki köməklik göstəriləcək.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...