Şimali Koreya liderinin taleyi məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Yapon dənizinin Şərqi Koreya körfəzi sahillərindəki xüsusi sahil villasında gizlənir.
BAKU.WS xəbər verir ki, bu iddianı Cənubi Koreyanın "Kanal A" televiziyası səsləndirib.
Bildirilir ki, KXDR lideri Pxenyanı ötən həftə tərk edib. Çünki paytaxtda əhalinin çox olması koronavirus infeksiyasına yoluxmaq riskini artırır.
Bundan əlavə, Şimali Koreya liderinin yaxın dairəsindən olan insanlarda koronavirus aşkarlandığı iddia edilir.
KXDR-dən edilən rəsmi açıqlamada isə deyilib ki, Kim Çen In dərin meditasiya dövrünü yaşayır və onun səhhəti ilə bağlı hər şey qaydasındadır.
Oxşar xəbərlər
"The Times": Şimali Koreya lideri koronavirusa yoluxub
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ölkəsində ən vacib bayramlardan sayılan "Günəş Günü" ilə əlaqədar təşkil olunan mərasimdə işti...