İşğaldan azad edilmiş ərazilərin 50 min hektarında əkin aparılıb

İşğaldan azad edilmiş ərazilərin 50 min hektarında əkin aparılıb
Sosial 55

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 50 min hektarda yazlıq və payızlıq əkinləri aparılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

"Növbəti mövsümdə əkin ərazilərinin daha da artırılması üzrə tapşırıqlar verilib, hazırda aidiyyəti dövlət qurumları ilə birgə bu sahədə fəaliyyət göstərilir. İşğaldan azad edilmiş ərazilərdə aqrar sahənin potensialı böyükdür. SSRİ dövründə də burada aqrar sahənin potensialı geniş olub", - deyə o qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər