Şəmkirdə şəhidimizlə vida mərasimi keçirilir - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan Murad Xəlilovla vida mərasimi keçirilir.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, mərasim şəhidin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Çinarlı qəsəbəsində təşkil edilir.
Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
***11:30
Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhidlə vida mərasimi 12:00-da rayonun Çinarlı qəsəbəsində keçiriləcək.
Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.
Allah rəhmət etsin!
Qalereya
Oxşar xəbərlər
Daşkəsən və Gəncədə Vətən Müharibəsi şəhidləri anıldı - FOTO
Daşkəsən və Gəncədə Şuşa döyüşlərində şəhid olan Orxan Bəxtiyarovun və Tural İsmayılovun anım mərasimi keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Və...