Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkimlər etiraz aksiyası keçirir? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə tibb işçiləri əməkhaqlarına əlavələrin ödənilməməsinə etiraz ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Söhbət Şəmkir Mərkəzi Rayon Xəstəxanasından gedir.
Belə ki, xəstəxananın tibb işçiləri onlara ödənilməli olan əlavələrin kəsildiyini və bunun hansı səbəbdən baş verdiyini bilmədiklərini iddia edirlər. Onlar məsələnin həll olunmayacağı təqdirdə işə çıxmayacaqları və yolu bağlayacaqlarını deyiblər.
Məsələ ilə bağlı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına (MRX) sorğu ünvanlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Şəmkir MRX-dan bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntülər köhnədir:
“Həmin məlumat hazırda aktual deyil, video köhnədir. Hazırda əməkhaqlarının alınmasında hər hansı problem yoxdur”.
Oxşar xəbərlər
Bakıda koronavirusla mübarizə aparan həkimlərin pulu ödənilməyib? - AÇIQLAMA
Son günlər koronavirusla mübarizə aparan həkimlər sosial şəbəkədə paylaşım edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən onların maaşlarına edil...