Şəkidə vahimə yaradan ayının son görüntüsü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qonur ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.Onun verdiyi məlumata görə, hazırda ayı volyerdə müşahidə altındadır. Bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Nazirliyin sözçüsü Qonur ayıya tibbi və digər texniki yardım göstərdiklərinə görə Bakı Zooparkının direktoru Azər Hüseynova, baytar həkim Canpolad Əmirova və zooparkın əməkdaşı Vüqar Həsənova minnətdarlıqlarını bildirib.
Oxşar xəbərlər
Şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? - AÇIQLAMA
Dünən Şəkidə şəhər mərkəzində ayı görüntüləndiyinə dair məlumat yayılıb. Nazirlik ayının zərər görmədən təbiətə qaytarılması üçün müvafiq tədbirlər görüb. Maraq...