Şəkidə iki vəzifəli şəxs işdən azad edildi - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə iki vəzifəli şəxs işdən azad edilib, biri isə təqaüdə göndərilib.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov sərəncam imzalayıb.
Bildirilib ki, işdən azad edilənlər başçının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri Orxan Məmməd Rasim oğlu Hüseynli və baş memar Taleh Saleh oğlu Alxasovdur. Hər iki məmurun işdə yol verdiyi nöqsanlara görə azad edildiyi bildirilir. Mənbənin məlumatına görə, Şəki şəhər icra hakimiyyətinə müraciət olunsa da sorğuya cavab verilməyib.
Məlumatda o da qeyd edilir ki, icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyən Əhmədiyə Bəşirov isə yaş həddi bitdiyindən təqaüdə göndərilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...