Şəhid zabitin nəşi Qazax rayonunun Kəmərli kəndinə aparılıb

Şəhid zabitin nəşi Qazax rayonunun Kəmərli kəndinə aparılıb
Sosial 155

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan XTQ zabiti Yunis Qasım oğlu Kazımovun nəşi Qazax rayon Kəmərli kəndinə aparılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Y.Kazımovun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər