Şəhid Şəhriyar Əlibəyli dəfn edildi - FOTO/VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn edilib.
BAKU.WS xəbər verir ki, onun nəşi II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
*** 11:56
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Şəhriyar Əlibəylinin vida mərasimi başa çatıb.
BAKU.WS xəbər verir ki, şəhidimizn nəşi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılıb.
Xatırladaq ki, Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər.
Baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Şəhid Orxan Əsgərov dəfn edilib - YENİLƏNİB-3
Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimi...