Şəhid Orxan Cabbarov dəfn edilib - FOTO/VİDEO

Şəhid Orxan Cabbarov dəfn edilib - FOTO/VİDEO
Foto Video
Sosial 310

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Orxan Cabbarov dəfn edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü gizir Cabbarov Orxan Hətəm oğlu Qubanın Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Onu da qeyd edək ki, 27 yaşı bu il sentyabrın 29-da tamam olan Orxan Cabbarov subay idi.

Gizir Orxan Cabbarov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın azad olunmasında göstərdiyi şücaətə görə medallarla təltif olunub.

Allah rəhmət eləsin.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər