Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunub - FOTO

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunub - FOTO
Foto
Sosial 61

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Hüseynov dəfn olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onun cənazəsi bu dəqiqələrdə Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun nəşi doğulduğu Tovuz rayon Hunanlar kəndinə gətirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər