Şəhid Cəbrayıl Dövlətzadənin atası: "Bu gün qazilərimizə baxanda oğlumu görürəm"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün qazilərimizə, veteranlarımıza baxanda oğlumu görürəm".
BAKU.WS xəbər verir ki, bu fikri "Report"a açıqlamasında Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə deyib.
O, Anım Günü ilə əlaqədar şəhidlərin məzarını ziyarət edənlərə minnətdarlığını bildirib: "Bu gün xalqımız Vətən müharibəsi şəhidlərinin ziyarətinə gəliblər. Vətəndaşlarımız dəyərlərimizi, qəhrəmanlarımızı hər zaman olduğu kimi, bu gün də unutmayıblar. Unutmaq bizim xalqa xas olan xüsusiyyət deyil. Bu, bizə mənəvi dəstəkdir. Allah bir daha valideynlərə belə acı göstərməsin. Şəhid ailələri və qazilərə göstərilən dəstəyə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm!”
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üç...