Şəhid ailəsinin evinin yanması məsələsinə dövlət qurumundan AÇIQLAMA - YENİLƏNİB - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi Beyləqan rayonunda şəhid ailəsinin evinin yanması məsələsinə münasibət bildirib.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, şəhidlərimizin ailə üzvləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda qanunvericiliyə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər. Şəhidimiz Toğrul Habil oğlu Xudiyevin atası Habil Həbib oğlu Xudiyev 08.04.2021 tarixində Beyləqan Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb. H.Xudiyevə fərdi evin tikintisi məsələsinə növbəlilik qaydasında baxılacaq.
***14.15
Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvar yanıb.
BAKU.WS xəbər verir ki, yanan ev şəhid Toğrul Xudiyevin ailəsinə məxsus olub.
Atası Habil Xudiyevin BAKU.WS-ə verdiyi məlumata görə, 4 yanvar tarixində qardaşıgilə qonaq gedərkən evlərində elektrik xətlərindəki qısaqapanmadan yanğın baş verib. Yanğından sonra evdə heç nə qalmayıb. Hətta sənədlər və şəhiddən xatirə qalan bütün əşyalar da yanaraq kül olub.
Mövcud hadisədən sonra şəhid ailəsi çıxılmaz vəziyyətə düşüb. Çünki onların yaşamaq üçün evləri olmadığından birotaqlı yerdə qalmaq məcburiyyətində qalıblar.
Şəhidin atası mövcud vəziyyətlə bağlı rəsmi qurumlara müraciət edərək onlardan ya evlərinin bərpa olunmaları, ya da yeni mənzillə təmin olunmalarını xahiş edib.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...