İşə qəbul müsabiqəsinin test mərhələsindən keçənlərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, idarə tərəfindən keçirilən müsabiqənin test mərhələsinin nəticələri təhlil edilib və keçid balları müəyyənləşdirilərək namizədlərin “Şəxsi kabinet”inə göndərilib.
Keçid balını toplamış 192 namizəd müsabiqənin III (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.
Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyatın müddəti uzadılıb
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti noyabrın 10-dək uzadılıb. BAKU.WS Dövlət İmtahan Mərkəz...