İşdən qovulanlar üçün VACİB XƏBƏR – RƏSMİ

İşdən qovulanlar üçün VACİB XƏBƏR – RƏSMİ
Sosial 666
Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçini əvvəlki işlərinə bərpa etdirib.Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub.Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Son xəbərlər