“Shaurma №1"də Zəfər günü qeyd edilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün “Shaurma №1” restoranlar şəbəkəsinin Bilgəh filialında Zəfər bayramı qeyd edilib.
Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, tədbirdə şəbəkənin icraçı direktoru Əskər Rəhimov, şirkətin bir sıra nümayəndələri, o cümlədən döyüşdə iştirak edən əməkdaşları və qazilər olub. Azərbaycan ordusunun qələbəsindən danışan Əskər Rəhimov bildirib ki, İkinci Qarabağ savaşında ön cəbhədə vuruşan ordumuza müharibə dövründə də şirkət tərəfindən xüsusi diqqət ayrılıb. Mütəmadi olaraq onlara qida məhsulları, tibbi vasitələr, məlum şərait üçün tələb olunan digər əşyalar göndərilib. Həmçinin, bir çox qazi və şəhid ailələri müxtəlif yardımlarla təmin edilib.
"Bildirək ki, 44 günlük haqq savaşında “Shaurma №1” restoranlar şəbəkəsinin 41 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub və onlardan 3 nəfəri qazidir. Həmin müddət ərzində könüllülərin də ailə üzvləri şirkətin himayəsində olub.
Hər zaman xalqına dəstək olan “Shaurma №1” restoranlar şəbəkəsi COVID-19 pandemiyası ilə mübarizəyə 10 min manat, müharibə dövründə Müdafiyə Nazirliyinin yardım fonduna 20 min manat, "YAŞAT Fondu"na isə 10.000 manat yardım göstərib", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva şəhid ailələri və qazilərə mənzillər təqdim ediblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və V...