Şanxay sakinləri sərt qapanmaya mənzillərindən etiraz etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq 14 gündür ki, Çin hökuməti Şanxayda sərt lokdaun tədbirlərinə əl atıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə məlumat paylaşan insanlar lazımi dərman vasitələrini əldə edə bilmədiklərindən ərzaq çatışmazlığından şikayət edir.
Sərt qapanmadan sonra intihar hallarının artdığı, psixi sağlamlığı ilə əlaqədar müraciət edənlərin sayının yüksəldiyi bildirilir.
İnternetdə isə insanların öz mənzillərindən sərt qapanmaya etiraz etməsini əks etditən videolar paylaşılır.
Bir qrup Şanxay sakini isə küçələrə çıxaraq mağaza və ticarət mərkəzlərini qarət etməyə başlayıb.
Hökumət sərt qapanmanın hansı tarixdə bitməsi ilə bağlı hələlik heç bir məlumat vermir.
Oxşar xəbərlər
Koronavirus dəhşəti davam edir - Dünya ölkələri sərt tədbirlər görür
Dünyada koronavirusa yoluxanların sayı artaraq 63 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemiya...