Şahmar Mövsümov karantinin sərtləşdirilməsi ehtimalından danışdı

20
avq
2021
11:20
“Bu gün hər hansı bir sərtləşməyə, əlavə məhdudiyyətlərə getməyə ehtiyac yoxdur”.
BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Bizim səhiyyənin kifayət qədər imkanları var. Hazırda xəstələnənlərin öhdəsindən gələ bilirik. Lakin bu, o demək deyil ki, əgər səhiyyə sistemi ciddi təzyiq altına düşərsə, biz məhdudiyyətlərə getməyəcəyik”, - deyə Şahmar Mövsümov bildirib.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...
