Şahdağa 30 sm qar yağıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.
Yağıntı Lerikdə 11.0 mm, Şabranda 6.0 mm, Sədərək, Gədəbəy, Zaqatala, Xaltanda 2.0 mm, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba, Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 5 sm, Göygöldə 4 sm, Daşkəsəndə 3 sm, Xaltanda 1 sm olub.
Cənub-şərq küləyi arabir Gəncədə 24 m/s, Neftçala, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Kəlvəzdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.
Oxşar xəbərlər
Rayonlara güclü qar yağıb - FAKTİKİ HAVA - VİDEO
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, saat 11:00-a əsasən ölkə ərazisində h...