Şagirdlər köhnə formaları ilə məktəbə gedə biləcək? - RƏSMİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Köhnə məktəbli formaları ötən gündən etibarən artıq satışa çıxarılıb. Belə olan təqdirdə keçən il forma almış şagirdlər eynisi ilə məktəbə gedə biləcəkmi? Bunun üçün hər hansı məhdudiyyət qoyulubmu?
BAKU.WS xəbər verir ki, yerli sakinlərdən biri "ATV"yə bildirib ki, köhnə formalarla bu il məktəbə getməyə icazə verilsə də, gələn ildən yeni formaların alınması zəruridir.
Elm və Təhsil Nazirliyi açıqlayıb ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş yeni məktəbli formaları 2022-2023-cü tədris ilindən tətbiq edilsə də, bu, məcburi deyil. Lakin növbəti ildən yeni formaların tətbiqi məcburi olacaq.
Oxşar xəbərlər
Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda yeni tədris ilinin başlamasına iki həftə vaxt qalıb. Aidiyyəti dövlət qurumları məktəblərin açılması ilə əlaqəli müvafiq müzakirələr aparır. BAKU.W...