Şagirdi döyən direktorun yerinə YENİ TƏYİNAT
19
okt
2022
10:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə yeni direktor təyinatı olub.
BAKU.WS xəbər verir ki, məlumatı APA-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən təsdiqləyiblər.
Məlumata görə, bu vəzifəyə idarədə metodist vəzifəsində çalışan Nuranə Vəliyeva təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl məktəbinin keçmiş direktoru Çinarə Atayevanın şagirdlərdən birini döyməsi və mobil telefonunu qırması ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bu səbəbdən isə direktorun əmək müqaviləsinə xitam verilmişdi.
Oxşar xəbərlər
Məktəbli qızı döydüyü iddia olunan direktor işdən ÇIXARILDI
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, direktor Çinarə Atayeva vəz...