Məktəbli qızı döydüyü iddia olunan direktor işdən ÇIXARILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, direktor Çinarə Atayeva vəzifəsindən azad edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib.
Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri direktorun onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət etmişdi.
Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.
Oxşar xəbərlər
Nazirin cəzalandırdığı sükan arxasına keçən direktor barədə MARAQLI FAKT
Xəbər verdimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmri ilə töhmət verilən avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonun...