Şadlıq saraylarında sifarişlər azalıb, menyular isə bahalaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda şadlıq saraylarında menyular bahalaşıb.
Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, 2023-cü ilin ferval ayında şadlıq saraylarında sifarişlərin sayı 27.5 faiz azalıb.
Bununla yanaşı şadlıq saraylarında fevral ayında qiymətlər 5.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 6.5 faiz.
Qiyməti 40-80 manat olan menyularda 5.7 faiz qiymət artımı müşahidə edilib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda ev almaq istəyənlər - Qiymətlər
Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər noyabr ayına nisbətən 0,49%, illik müqayisədə isə 10,83% artıb. BAKU.WS xəbər verir ki, bu ba...