Şadlıq saraylarında menyular bahalaşıb - QİYMƏTLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63% artım qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin monitorinqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb.
40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.
Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.
Oxşar xəbərlər
Bakıda şadlıq saraylarında keyfiyyət düşüb, qiymətlər bahalaşıb - MONİTORİNQ
Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz bahalaşıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf...