Şadlıq saraylarında menyuların qiyməti qalxacaq? - VİDEO

Şadlıq saraylarında menyuların qiyməti qalxacaq? - VİDEO
Video
Sosial 73

Məhərrəm ayının bitməsinə az qalmış şadlıq evlərində bütün yerlər bron edilib.

İnzibatçılar "Xəzər Xəbər"ə bildirib ki, növbəti aylar üçün yerlərin çoxu tutulub.

Onların sözlərinə görə, əgər əvvəllər daha çox həftəsonu üçün toy sifariş verilirdisə, indi həftə içi də sifariş verənlər var.

İnzibatçılar deyirlər ki, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək. O ki qaldı qiymətlərə, bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-də başa çatıb, səfər ayı başlayıb.

Sentyabrın 5-də isə səfər ayı başa çatacaq.

Ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər